Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Pakistan Talibanının liderlərinin yerini deyənə mükafat veriləcək


Mullah Fazlullah

Birləşmiş Ştatlar Pakistan Talibanının lideri Mullah Fazlullah-ln yerini deyənə bir neçə milyon dollar mükafat vəd edir. Bu, Pakistanda olduğu güman edilən daha iki hərbi komandirə də aiddir.

Dövlət Departamenti martın 8-də yaydığı bəyanatda bildirib ki, Tehrik-e Taliban Pakistan (TTP) lideri Fazlullah-a aid informasiyaya görə 5 milyon dollar mükafat təklif edir. TTP-yə bağlı Jamaat ul-Ahrar-dan (JuA) Abdul Wali və Lashkar-e-Islam qruplaşmasından Mangal Bagh barədə informasiyaya görəsə ayrı-ayrılıqda 3 milyon dollar təyin olunub.

Bəyanatda vurğulanır ki, bu şəxslərin hər biri Birləşmiş Ştatlar və vətəndaşlarının təhlükəsizliyinə terror təhlükəsi yaradır.

TTP təkcə Pakistan ordusuna qarşı çıxmır, həm də ABŞ koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasını hədəfləyir. Qruplaşma Al-Qaeda ilə sıx bağlılığını sərgiləyib və 2008-ci ildən bəri ABŞ-ı hədələyib”, – bəyanatda vurğulanır.

XS
SM
MD
LG