Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:02

Vyanada bıçaqlanmaya görə əfqan şübhəli saxlanıb


Bıçaqla hücumun baş verdiyi yerdə ekspert işləyir

Avstriyanın paytaxtı Vyanada bıçaqla hücumlarla əlaqədar bir əfqan saxlanıb. Polisin martın 8-də bildirməsinə görə, hücumlarda dörd nəfər ağır yaralanıb.

23 yaşlı şübhəli 20 yaşlı bir kişinin bıçaqlanmasından dərhal sonra saxlanıb. Bıçaqlanan da Əfqanıstandandır. Məlumatı Avstriya polisinin sözçüsü Patrick Maierhofer verib.

Sözçü deyib ki, polis şübhəlinin bir saat öncə bir avstriyalı ailənin bıçaqlanmasına görə məsuliyyət daşıyıb-daşımadığını araşdırır. Həmin hadisə də Vyanada baş verib.

Ailənin hər üç üzvü – ata, ana, 17 yaşlı qızları, eləcə də əfqan qurban ağır zədələr alıb, xəstəxanaya aparılıb. Onların adları açıqlanmır.

Maierhofer-un dediyinə görə, bu hücumun terrorla bağlı olmadığı görünür, amma hücum edənin motivi barədə nəsə söyləmək üçün də çox tezdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG