Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Martın 7-də Azərbaycan ərazisində Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlunun saxlandığı bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılır ki, o, İran ərazisindən Azərbaycana keçib, Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanıb.

«Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya pasportu, Azərbaycanın, Rusiyanın və Belarusun xəritələri, 1 dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İran rialı aşkar olunub», - məlumatda vurğulanır.

Fakt üzrə cinayət işi başlandığı, əməliyyat-istintaq tədbirlərinin davam etdiyi bildirilir.

Hələlik, bu açıqlamaya saxlanan şəxsin və ya onun vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.

Suriyada hazırda vətəndaş müharibəsi gedir. Bu ölkənin yüz minlərlə sakini mühacirətə üz tutublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG