Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:06

Ermənistan dərman satışında problemləri həll etməyə çalışır


 Sergey Khachatryan
Sergey Khachatryan

Ermənistan Səhiyyə Nazirliyinin aparıcı rəsmisi hökumətin dərman satışına yeni məhdudiyyətlərinin bəzi problemlərə yol açdığını etiraf edib. Amma o, Yerevanın həmin problemləri həll etməyə çalışdığını bildirir.

Səhiyyə nazirinin müavini Sergey Khachatrian martın 7-də deyib ki, rəsmilər hələ təzə sistemin tətbiqindən öncə problemlərin yaranacağını ehtimal edirdilər və bu əndişələr elə ilk gündən təsdiqlənib.

SATILAN DƏRMANLARIN YARIDAN ÇOXU

Fevralın 28-də Yerevandan və digər şəhərlərdə apteklərdə növbələr yaranıb. Səbəb bir gün sonra hökumətin antibiotik və digər dərmanların reseptsiz satışına qoyacağı qadağaydı.

Məhdudiyyət qüvvəyə minəndən sonra qarışıqlıq davam edib, belə ki, bir çox alıcıların ondan xəbəri olmayıb, ya da həkimdən resept almaqda çətinliklərlə üzləşiblər.

Martın 1-dən antibiotiklərin, hormon müalicəsində istifadə olunan dərmanların və ağrıkəsicilərin reseptsiz satışı dayanıb. Bu, Ermənistanda satılan təxminən 4 min 700 dərmandan 2 min 700-nə aiddir.

Səhiyyə rəsmilərinin fikrincə, məqsəd səhhətə ciddi ziyan vuracaq özünümüalicənin məhdudlaşdırılmasıdır.

Genişmiqyaslı narazılığı önləməkdən ötrü hökumət martın 6-da qadağanı yüngüləşdirib, o, yalnız antibiotiklərə, psixotropik və antivirus preparatlarına aid edilib. Qalanlara məhdudiyyət iyuldan və oktyabrdan qüvvəyə minməlidir.

Hazırlıq işinin aparılmasına baxmayaraq, praktikada bir sıra problemlər yarandı. Hazırda bu məsələlərin monitorinqini aparır və həllinə çalışırıq”, – Khachatrian söyləyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG