Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

'İşsizlik müavinətı alanlara bürokratik sədlər'-Media icmalı


Hökümət işsizlik problemini necə həll edir?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Hökümət işsizlik problemini necə həll edir?

Ölkədə təhsilə dövlət qayğısı, işsizliyin səviyyəsi, bəzi maaş, müavinət və təqaüdlərin artmasının inflyasiyaya mümkün təsirləri medianın aparıcı mövzuları sırasındadır...

Məşğulluq xidmətinə inamsızlıq

«Novoye Vremya» qəzetində «Məqsədli statistika» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə işsizlik və onunla bağlı statistika təhlil edilir: «Məşğulluq sahəsindəki real mənzərə aydındır. Bizdə yalnız statistik göstəricilərdə işsizlik problemi həllini tapıb. Gerçəklik isə o qədər də sevindirici deyil. Bir də ki, Azərbaycanda statistikanın məqsədi artıq heç kəsə sirr deyil».

Yazıda bildirilir ki, Məşğulluq Xidməti 2017-ci ildə 118.5 min nəfər işsizin müraciətini qeydə alıb. Bunlardan 47.9 min nəfərinin uyğun işlə təmin edildiyi açıqlanıb. Statistikaya görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Məşğulluq Xidmətinə müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Amma müəllif bu statistik göstəricilərə inamla yanaşmır:

«Ola bilər ki, rəsmi qeydə alınan işsizlərin sayı azalsın, amma bu nəyin hesabına baş verir? Bu zaman gizli, daha doğrusu, qeydə alınmayan işsizliyi yaddan çıxarmaq olmaz...».

Müəllif hesab edir ki, işlə təmin edildiyi bildirilən 47 min nəfərin sonrakı taleyinin araşdırılmasına ehtiyac var. Onun fikrincə, çox zaman işsizlər onlara ixtisaslarına uyğun olmayan, müvəqqəti xarakterli iş yerləri təqdim edilməsindən şikayətlənirlər.

Yazıda vurğulanır ki, rəsmən iş axtaranların sayının azalması həm də Məşğulluq Xidmətinə vətəndaşların etimadının itirilməsinin göstəricisidir. Müəllifin fikrincə, insanların çoxu bu xidmətdən yan keçərək özləri iş axtarışına çıxırlar.

Yazıda bildirilir ki, işsizliklə bağlı müavinət 291 manatdır, amma onu ala bilməkdən ötrü bürokratik sədləri keçmək lazım gəlir.

Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş artımı və inflyasiya gözləntiləri

«Yeni Müsavat» qəzetində «Maaş və pensiyaların artımı inflyasiyanı yüksəldə bilərmi…» sərlövhəli yazı yer alır.

Müəllif son zamanlar bəzi təqaüdlərin, müavinətlərin, maaşların artırılmasını və bunun inflyasiyaya mümkün təsirlərini iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

«Artımın inflyasiyanın yüksəlməsinə səbəb olması mümkündür. Amma hökumət bu il inflyasiyanın azalmasını qarşısına məqsəd qoyduğundan bu barədə birmənalı fikir söyləmək mümkün deyil. Təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində nominal gəlirlər artdıqca, inflyasiyaya da təzyiqlər artır. Azərbaycanda prezidentin son qərarları ilə həm maaşlarda, həm də təqaüdlərdə artım oldu. Azərbaycanda işləyən əhalinin 910 mindən çoxu dövlət büdcəsindən maaş alır. Onların da böyük bir qisminin maaşlarında təqribən 10 faizlik artım müşahidə olundu», - deyə N.Cəfərli «Yeni Müsavat» qəzetinə bildirib.

Ekspert xatırladıb ki, Azərbaycanda maaş və pensiyalar artan kimi qiymətlərin də qalxması kimi pis bir ənənə var. Üstəlik, bu artımlar Novruz bayramı ilə eyni vaxta təsadüf edir.

N.Cəfərli deyib ki, qiymət artımına yerli məhsulların bazarlarda az olması kimi mövsümi amillər də təsir edir:

«Həm gözləntilərin çoxalması, həm də bayramlarla əlaqəli tələbatın artması bahalaşmaya səbəb ola bilər. Çox güman ki, mart ayında inflyasiya rəqəmləri ilin əvvəli ilə müqayisədə ən yüksək həddə çatacaq».

N.Cəfərli hesab edir ki, hökumətin inflyasiyanı birrəqəmli həddə saxlamaq cəhdləri bu il də nəticə verməyəcək:

«Bu, avrozonadan gələn məhsullarda özünü çoxdandır büruzə verir. Manat-dollar münasibətləri inzibati qaydada sabit saxlansa da, avronun məzənnəsi ötən ilin yanvar ayına nisbətən təqribən 20 faiz bahalaşıb».

Ekspert deyib ki, hələlik sabitlik var, amma dollar bahalaşsa, inflyasiya sürətlənəcək.

Sizcə, yeni təhsil naziri nəyi dəyişsin?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

Təhsilə diqqət və insan kapitalı

Yap.org.az saytında «Təhsilin inkişafına diqqət insan kapitalının daha da güclənməsinə xidmət edir» sərlövhəli müsahibədə deputat Dilarə İsmayılova təhsilə dövlət qayğısını dəyərləndirib.

Deputat deyib ki, Azərbaycanda dövlət təhsilin inkişafına həmişə xüsusi olaraq yanaşır. Müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin icrası birbaşa cəmiyyətin elmi səviyyəsinin, təfəkkürünün inkişafına xidmət edir:

«Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində imkanlar artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib».

Müsahibədə vurğulanır ki, bu məsələ özünü dövlət gənclər siyasətində göstərir. Deputatın fikrincə, bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması bu siyasətin mühüm elementlərindəndir və təhsilin inkişafına diqqət insan kapitalının daha da güclənməsinə təkandır.

Müsahibədə həmçinin vurğulanıb ki, təhsilin inkişafı ilə bağlı prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət proqramları hazırda uğurla icra edilir:

«Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir».

XS
SM
MD
LG