Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:43

Tələbələrin aclıq aksiyası üç gündür davam edir


Tələbələrin birinci aclıq aksiyası, sentyabr 2006
Tələbələrin birinci aclıq aksiyası, sentyabr 2006

Keçmiş Müstəqil Azərbaycan Universiteti (MAU) tələbələrinin noyabrın 21-dən Müsavat Partiyasının qərargahında başladığı müddətsiz aclıq aksiyasında hazırda 15 tələbə iştirak edir. İkinci kurs tələbələri olan gənclərin tələbləri təhsil hüquqlarının bərpası ilə bağlıdır. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Xalid Qarayevin verdiyi məlumata görə, noyabrın 23-də tələbələrdən üçünün səhhəti pisləşsə də onlar aclığı dayandırmaq fikrində deyillər.


Xalid Qaryevin sözlərinə görə, tələbələr Müsavat Partiyasının qərargahında aclıq aksiyasını beş gün keçirməyi planlaşdırıblar. Aksiyanı daha sonra AXCP, ADP və Ümid partiyalarının qərargahlarında davam etdirmək niyyətindədirlər. Xalid Qarayevin sözlərinə görə, keçmiş universitet rəhbərliyi onlara MAU-nun binasında aksiya keçirməyə imkan vermədiyindən onlar YAP-da daxil olmaqla müxtəlif siyasi partiyalara müraciət ediblər. Onların müraciətinə isə ilk cavab verən Müsavat Partiyası olub.


Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv edəndən sonra yuxarı kurs tələbələrini başqa ali məktəblərə köçürülüb. Nazirlik Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı imtahandan kənar universitetə qəbul olunan ikinci kurs tələbələrini başqa ali məktəblərə köçürməkdən imtina edib. Hazırda ikinci kurs tələbələri ilə Təhsil Nazirliyi arasındakı bu mübahisə məhkəmədə araşdırılır. Mübahisəyə dekabrın 11-də Binəqədi Rayon Məhkəməsində baxılacaq.


Eyni tələblə keçmiş MAU-un tələbələri sentyabr ayında da aclıq aksiyası keçirmişdilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG