Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Manat cüzi bahalaşdı


Dollar

Bu gün, martın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən yayılan məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7 səviyyəsində formalaşıb.

Bu gün, martın 6-da rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər idi.

Son 3 ayda keçirilən hərraclarda məzənnə dəyişmirdi. Bəzi ekspertlər aprelin 11-nə təyin edilən prezident seçkiləri ərəfəsində manatın bahalaşacağını təxmin edirdilər. Onların fikrincə, Azərbaycanda reallıqda manatın məzənnəzi inzibati yolla müəyyən edilir. Amma AMB-nin açıqlamasına görə, ötən il də manat dollara nisbətən 4 faiz möhkəmlənib.

2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətdə 2 dəfə dəyər itirib. Manatın ucuzlaşması 2017-ci ilin martına kimi davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG