Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Trump Qüdsə səfəri nəzərdən keçirir


Donald Trump (sağda) və Benjamin Netanyahu, 5 mart, 2018-ci il

ABŞ prezidenti Donald Trump mayda Qüdsdə ölkəsinin yeni səfirliyinin açılışına görə İsrailə səfər etməyi nəzərdən keçirir.

Bu barədə danışacağıq. Alınsa, gedəcəyəm”, – Trump Ağ evdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşündən öncə deyib.

Netanyahu Trump-a söyləyib ki, səfirliyin köçürülməsi qərarını “xalqımız əsrlər boyu xatırlayacaq”.

Trump ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərəb dünyasını, eləcə də müttəfiqlərini qəzəbləndirib.

Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail şərqi Qüdsü ilhaq edərək paytaxtı elan etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG