Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 09:46

Luvr muzeyi Tehranda sərgi açır


Luvr muzeyi
Luvr muzeyi

Martın 5-də Parisdəki Luvr Muzeyindən İranın Milli Muzeyinə 50-dən çox incəsənət əsəri aparılıb. İran tarixində ilk dəfə olaraq Qərb muzeyi belə bir böyük sərgi təşkil edir.

40 gün davam edəcək sərgi Fransanın mədəniyyət diplomatiyasından istifadə etməkdə qətiyyətli olduğunu, İranla münasibətləri yenidən qurmaq istədiyini göstərir. Son vaxtlar İranın ballistik raket hazırlaması səbəbindən ikitərəfli münasibətlər korlanıb.

Martın 5-də Tehranda səfərdə olan Fransanın xarici işlər naziri Yves Le Drian sərginin açılışına qatılıb, rəsmilərlə danışıqlar aparıb.

Hazırda Tehranın Milli Muzeyi 80 yaşını qeyd edir.

Karqo təyyarəsi ilə daşınmış əsərlər içində 2 min 400 illik Misir sfinksi, Roma imperatoru Marcus Aurelius-un büstü, Rembrandt və Delacroix-nun əsərləri var.

“FRANSA ARXEOLOJİ QAZINTILARIN PİONERİ OLUB”

Prezident Hassan Rouhani 2016-cı ilin yanvarında Parisə səfər etmişdi. Həmin səfər zamanı mədəniyyət mübadiləsi razılaşması imzalanmışdı.

Fransayla İranın münasibətləri qədim və dərindir, çünki Fransa burada arxeoloji qazıntıların pioneri olub”, – Luvrun prezidenti Jean-Luc Martinez “AFP”yə deyib.

Fransa inqilabdan öncə də İranla dərin mədəni bağlar qurmuşdu. Elə Milli Muzeyin əsası 1938-ci ildə fransız Andre Godard tərəfindən qoyulub.

19-cu əsrdə Britaniya burada neft axtarır, siyasi nüfuz uğrunda Rusiyayla savaşırdı. Fransa isə diqqəti arxeoloji işlərə vermişdi.

Ancaq indiki məqamda Fransayla İran gərgin diplomatik dönəmdən keçir.

Mühafizəkarlar Tehranın ballistik raket proqramını tənqid edən Le Drian-ı İran xalqını təhqir etməkdə suçlayıb, onu ABŞ prezidenti Donald Trump-ın “nökər”i adlandırıb. Trump İranın raket istehsalını dayandırmaq vədi verib.

İranla fikir ayrılığımız nə olur-olsun, İran cəmiyyəti ilə mədəni münasibəti saxlamaq və inkişaf etdirmək istəyirik”, – fransalı diplomatlardan biri “Reuters” agentliyinə deyib.

XS
SM
MD
LG