Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

İlk sınaq imtahanı aprelin 1-dədir


İmtahan

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda yazılır.

Sınaq imtahanlarının qəbula daha səmərəli hazırlaşmaq məqsədilə keçirildiyi bildirilir .

Məlumata görə, sınaq imtahanları bir növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlayacaq. Bundan ötrü qeydiyyat martın 6-sı saat 10:00-dan martın 28-i saat 10:00-dək davam edəcək.

Prosesin 19 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

Sınaq imtahan da ödənişlidir. İştirak haqqı 20 AZN-dir.

2017-cı ilə kimi ölkədə ali məktəblərə qəbul imtahanları yalnız bir dəfə keçirilirdi. 2017-ci ildən isə qəbul imtahanı iki dəfə keçirilir.

Üstəlik, imtahanlar ödənişlidir. Ödəniş imtahandan asılı olaraq 10 manatdan 110 manata kimi dəyişir. Yalnız birinci dəfə qəbul imtahanına qatılanlar hər hansı ödəniş etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG