Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

ABŞ Talibanı Ghani-nin sülh təklifinə “ciddi yanaşmağa” çağırır


Kabildə fevralın 28-də keçirilmiş beynəlxalq konfrans
Kabildə fevralın 28-də keçirilmiş beynəlxalq konfrans

Birləşmiş Ştatlar Taliban qruplaşmasını ötən həftə Əfqanıstan prezidenti Ashraf Ghani-nin sülh danışıqları təklifini “ciddi” nəzərdən keçirməyə çağırıb.

ABŞ dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisinin müavini Alice Wells martın 5-də Vaşinqtonda jurnalistlərlə danışıb. O deyib ki, Ghani, Taliban sözçüsünün dediyi kimi, qruplaşmanın “təslim olmasını” tələb etmir

Onun şərəfli bir proses təklif etdiyini eşitdim. Bu, təslim olmaq deyil, siyasi çərçivəyə nail olmaqdan ötrü şərəfli prosesdir”, – o söyləyib.

HƏRBÇİLƏR ÇIXARILMAYACAQ

Ghani ötən həftə Kabildə beynəlxalq konfransda Talibana siyasi partiya kimi oturuşmağı təklif edib. Prezident, hökumətlə sülh danışıqlarına qoşularsa, silahlı qruplaşmaya sanksiyaların qaldırılması üçün işləyəcəyini vurğulayıb.

Ancaq bu təklif fevralın 28-də irəli sürüləndən Taliban hökumətlə birbaşa sülh danışıqlarını rədd edib, yalnız “xarici işğalçı qüvvə” adlandırdığı Birləşmiş Ştatlarla danışıqlar aparacağını bildirib. Taliban həm də danışıqların başlamasından öncə NATO qüvvələrinin ölkədən çıxmasını tələb edir.

Alice Wells
Alice Wells

Birləşmiş Ştatlar qüvvələrin çıxarılmasını rədd edir, danışıqların Talibanla Kabil arasında keçirilməli olduğunu bildirir.

Wells deyib ki, Ghani-nin təklifi Əfqanıstan hökumətinin Talibana “diqqətlə qulaq asdığını”, yaraqlı qrupun bir sıra xahişlərinə cavab verdiyini göstərir.

Talibanı bu təklifə ciddi yanaşmağa çağırırıq. İndi cavab vermək məsuliyyəti Talibanın üzərinə düşür”, – o söyləyib.

Wells ABŞ-ın martın sonunda Daşkənddə keçirilməsi planlaşdırılan əfqan sülh konfransını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, belə bir görüşlə bağlı razılaşma dekabrda Ghani ilə Özbəkistan prezidenti Shavkat Mirziyoev-in görüşündə əldə olunub.

O, Birləşmiş Ştatların Daşkənd konfransına qatılacağını vurğulayıb.

XS
SM
MD
LG