Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:18

Nazarbayev hələ prezidentlikdən getməyi planlaşdırmır


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstanda prezidentin siyasi keçid hazırladığına dair intensiv şayiələrin ardınca Nursultan Nazarbayev hələ heç yerə çıxıb getmək niyyətində olmadığına işarə edib.

Nazarbayev martın 5-də parlamentin hər iki palatasının birgə yığıncağına müraciət edərək deyib: “Mən işləmişəm, işləyirəm və işləyəcəyəm ki, xalqımız gələcəyə inamla baxa bilsin”.

Nazarbaev Senat və Məclis üzvlərinə deyib ki, diqqəti “böyük sosial layihələrə yönəltməyin vaxtı çatıb”.

Nazarbayevin bu çıxışından bir ay əvvəl parlament bildirmişdi ki, hazırda Nazarbayevə Milli Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik imkanı verəcək qanun layihəsi üzərində iş gedir. Bu qanunda həm də şuranın məşvərətçi orqandan konstitusiya orqanına çevrilməsinin də nəzərdə tutulduğu bildirilirdi.

Qazaxıstanda bir çoxları düşünürlər ki, bu qanun, hətta prezident postundan getsə də, Nazarbayevin real hakimiyyətdə qalması üçün hazırlanırdı.

Nazarbayev Qazaxıstana 1991-ci ildə SSRİ dağılandan bəri prezidentlik edir.

O sonuncu dəfə 2015-ci ildə daha 5 il müddətinə prezident seçilib.

İnsan haqları fəalları və tənqidçilər bildirirlər ki, Nazarbayev öz hakimiyyətini uzatmaq məqsədilə həmişə fərqli düşüncəni təqib edib. O ixtiyarındakı hakimiyyətdən istifadə etməklə qeyri-demokratik seçkilər keçirib.

2017-ci ilin yanvarında Nazarbayev hakimiyyətinin bir hissəsini parlamentə və hökumətə vermək niyyətindən danışmışdı. Bu sxemdə o özü üçün “ali hakim” rolunu seçmişdi.

Buna baxmayaraq 2017-ci ildə konstitusiyaya edilmiş kosmetik düzəlişlər prezident, hökumət və parlament arasındakı hakimiyyət bölgüsünə elə bir fərq gətirməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG