Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 06:20

Bələdiyyələr gəlirlərini aparatlarının saxlanılmasına xərcləyir


Bələdiyyə seçkiləri

«2017-ci ildə Azərbaycanda yerli hakimiyyət orqanlarının ümumi gəliri 36 milyon manat olub. Bu, əvvəlki ildən 14.1 faiz çoxdur».

Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli hakimiyyət orqanlarının gəlirlərinin təxminən 1/3-i (14.2 mln. manat) Bakı, Sumqayıt və Abşeron rayonunda fəaliyyət göstərən 71 bələdiyyənin payına düşür.

Gəlirlər bir neçə bələdiyyə vergisindən əldə edilir. Fiziki şəxslərin torpaq vergisindən 6.4 milyon, əmlak vergisindən 7.7 milyon, tikinti materialları hasilatı vergisindən 394 min manat daxil olub.

Bundan əlavə, torpaqların satılmasından bələdiyyə büdcəsinə 8.7 milyon, bələdiyyə əmlakının icarəyə verilməsindən 4.4 milyon manat əldə edilib.

Bələdiyyələrin reklam gəlirləri il ərzində 7.5 faiz, avtomobil parklanmasından daxil olan gəlirlər isə 1.7 faiz azalıb.

2017-ci ildə bələdiyyələr dövlət büdcəsindən təxminən 5.2 milyon manat məbləğində dotasiya alıblar.

Cüzi gəlirlərə baxmayaraq, bələdiyyələr bir ildə gəlirlərin 1.1%-ə qənaət edib. Eyni zamanda, xərclərin çoxu (21 milyon manat, +11.1 faiz) onların aparatlarının saxlanmasına yönəldilib. Mənzil və kommunal xidmətlərə bələdiyyələr 7.1 milyon manat (+26,4 faiz) xərcləyib. Nəqliyyat və kommunikasiya ehtiyaclarını ödəmək üçün təxminən 2.6 milyon manat yönəldilib.

Xatırlatma

Azərbaycanda yerli idarəetmə orqanları 1999-cu ildən fəaliyyət göstərir.

Bir çox yerli və beynəlxalq qiymətləndirmələrə əsasən, onlar yerli icra hakimiyyəti orqanlarının birbaşa nəzarətindədir.

Yerli İH orqanları büdcələrinin göstərdiyi kimi, qeyri-məhdud səlahiyyətlərə malikdir. 2017-ci ildə İH-nin yerli idarə olunan büdcəsinin gəlirləri 650.7 milyon manat, xərcləri 724.1 milyon manat olub. Bu, Azərbaycanın bütün bələdiyyələrinin büdcəsindən 20 dəfə çoxdur. Xərcləri örtmək üçün mərkəzləşdirilmiş büdcədən yerli İH-ə 73.4 milyon manat dotasiya ayrılıb.

XS
SM
MD
LG