Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:26

Ukrayna macar mərkəzinə hücumda “rus barmağı”ndan danışır


Pavlo Klimkin

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyir ki, ölkənin qərbindəki Uzhhorod şəhərində Macarıstan mədəniyyət mərkəzinə son hücumların arxasında Rusiya dayanıb.

Rusun qulağı hər yerdən çıxır”, – Klimkin martın 5-də Twitter-də yazıb. Qeyd edək ki, fevralın 4-də və 27-də mərkəzin binasına Molotov kokteylləri atılıb.

BİR ŞÜBHƏLİ ƏCNƏBİ AZADLIQDADIR

Klimkin şübhəliləri saxladığına görə polisə təşəkkür edib, Ukraynadakı durumu “sabitsizləşdirmək cəhdləri”ndən narahatlıq bildirib.

Ukrayna Milli Polisinin rəhbəri Serhiy Knyazev martın 4-də Facebook-da yazıb ki, fevralın 27-də törədilmiş, mərkəzin birinci mərtəbəsinin böyük hissəsini zədələmiş yanğına görə üç şübhəli Ukraynada saxlanıb.

O, ad çəkmədən hücumda şübhəli sayılan bir əcnəbinin azadlıqda olduğunu vurğulayıb.

Knyazev 4 fevral hücumuna görə iki şübhəlinin isə qonşu Polşada saxlandığını qeyd edib.

Ukrayna polisi daha öncə bildirmişdi ki, Varşavada saxlanmış iki polyak şübhəli radikal qrup üzvləridir və həmin qrupun bəzi üzvləri Ukraynanın şərqində rusiyapərəst separatçılarla birlikdə savaşıblar.

Bu hücumlar Ukraynayla Macarıstan arasında gərginlik yaradıb. Varşava Kiyevi etnik macarları qoruya bilməməkdə ittiham edib.

Ukraynanın qərbindəki Zakarpattya regionunda 100 mindən çox etnik macar yaşayır. Onlar əsasən, Macarıstanla həmsərhəd şəhər və kəndlərin sakinləridir.

XS
SM
MD
LG