Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 23:47

Yanukovych-ə sanksiyalar uzadıldı


Viktor Yanukovych Moskvada mətbuat konfransında, 2 mart, 2018-ci il

Martın 5-də Avropa Birliyi (AB) nazirləri Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych və 12 müttəfiqinə sanksiyaları daha bir il uzadıb. Keçmiş ədliyyə naziri Olena Lukash və biznesmen Serhiy Klyuyev-ə sanksiyalar isə qaldırılıb.

AB rəsmiləri bu iki şəxsə qarşı yetərincə dəlil olmadığını bildirib.

Olena Lukash bir ildən də az müddətə ədliyyə naziri postunda çalışıb.

Biznesmen, Yanukovych-in Regionlar Partiyasından deputat Serhiy Klyuyev keçmiş prezidentin Kiyev yaxınlığındakı dəbdəbəli imarəti olmuş Mezhyhirya-nın rəsmi sahibi idi. Həmin bina indi muzeydir.

AB 2014- cü ilin fevralında, keçmiş prezident devriləndən az sonra onun hesablarını dondurub. Qurum Yanukovych və yaxın ətrafını dövlət vəsaitinin mənimsənilməsində suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG