Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 21:48

Əcnəbilər 2017-cı ildə 1 milyard 22 milyon manat xərcləyiblər


Azərbaycanda turist var, otel qıtdır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Azərbaycanda turist var, otel qıtdır

Azexport.az portalına cari ilin yanvar ayında 81.5 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. Bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) «İxrac İcmalı»nın 2018-ci ilin fevral sayında deyilir.

İcmalda vurğulanır ki, 2018-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın 1/3 həcmdə artması deməkdir.

Bu ilin yanvarında ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon dollar): «Bununla yanaşı, yanvar ayında Türkiyəyə 23 milyon, İsveçrəyə 17.9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub».

«İxrac İcmalı»nda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin də reytinqi açıqlanıb.

2018-ci ilin yanvarında «Azərkosmos» ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətlərinin ixrac edildiyi və qurumun bu xidmətdən 423 min dollar gəlir əldə etdiyi də bildirilir.

Həmçinin deyilir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 70 faiz artaraq, 1 milyard 22 milyon manat təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG