Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Berlusconi-nin koalisiyası seçkidə önə çıxır


Silvio Berlusconi seçki məntəqəsinə gələrkən sinəsi açıq qadın ona etiraz edir, 4 mart, 2018-ci il
Silvio Berlusconi seçki məntəqəsinə gələrkən sinəsi açıq qadın ona etiraz edir, 4 mart, 2018-ci il

İtaliyada seçkinin ilkin nəticəsi Silvio Berlusconi-nin sağ-mərkəzçi koalisiyasının daha çox səs topladığını göstərir. Di gəl, parlamenti idarə etməkdən ötrü heç bir partiya, yaxud koalisiya yetərincə səs toplaya bilməyib.

Martın 4-də keçirilmiş seçkidə bülletenlərin yarıdan çoxu sayılıb. Berlusconi-nin koalisiyasının səslərin 37 faizini topladığı bəlli olub. Koalisiya üzvləri – antimühacir Liqa Partiyası 18 faiz, Berlusconi-nin Forza Italia (İrəli, İtaliya) partiyası isə 14 faiz toplayıb. İtaliyanın mürəkkəb seçki sisteminə uyğun olaraq, çoxluqdan ötrü 40 faiz səs lazımdır.

Mövcud isteblişmentə qarşı çıxan, 31 yaşlı Luigi Di Maio-nun rəhbərlik etdiyi Beş Ulduz Hərəkatı (Five Star Movement) 31 səslə ikinci yeri tutub və parlamentdə ən böyük tək partiyaya çevrilib.

İKİ SSENARİ

Keçmiş baş nazir Matteo Renzi-nin hakim sol-mərkəzçi Demokratik Partiyası (PD) cəmi 24 faiz səs yığmağı bacarıb.

Üç dəfə baş nazir olmuş, 81 yaşlı Silvio Berlusconi barəsində vergi fırıldağıyla bağlı məhkumluq olduğundan vəzifəyə seçilə bilməz. Amma o, gələcək hökumətdə əsas rol oynamağa can atır, baş nazirliyə namizədi Avropa Parlamentinin prezidenti Antonio Tajani-dir.

Silvio Berlusconi Şimal Liqasının lideri Matteo Salvini-nin tərini silir
Silvio Berlusconi Şimal Liqasının lideri Matteo Salvini-nin tərini silir

“Reuters” informasiya agentliyi İtaliyanın uzunmüddətli siyasi sabitsizliklə üz-üzə qaldığını yazır. Belə ki, İtaliyanın üç əsas fraksiyası ölkəni təkbaşına idarə edə bilməyəcək və ənənəvi hökumətin qayıdış perspektivi də yoxdur. Agentlik bunun Avropa Birliyinə yeni başağrısı olacağını vurğulayır.

İndi iki ssenari mümkün görünür. Birincisi, AB-yə skeptik yanaşan koalisiyanın formalaşmasıdır ki, bu koalisiya AB-nin büdcə məhdudiyyətlərinə meydan oxuyacaq və Avropaya inteqrasiyada daha az maraqlı olacaq. İkinci ssenari çıxılmaz durumun həllindən ötrü yeni seçkilərin keçirilməsidir.

HAKİM KOALİSİYA NƏDƏN GERİLƏDİ

Hakim koalisiyanın mötədil iqtisadi dirçəlişə nail olmasına baxmayaraq, səs faizinə görə üçüncü yeri tutması yoxsulluğun artması, yüksək işsizlik səviyyəsi, son dörd ildə ölkəyə 600 mindən çox miqrantın axınıyla izah olunur.

Tam nəticələr martın 5-də axşam saatlarına bilinəcək.

Agentliyin yazmasına görə, uzunmüddətli siyasi böhran borclanmış İtaliyanı Avropa bazarının narahatlıq mərkəzinə çevirə bilər. Bu arada Almaniyada kansler Angela Merkel-in böyük koalisiya yaratmaq yönündə irəliləməsi bu ölkədə sabitsizlik təhlükəsini azaldıb.

Bazar ertəsi səhər Asiya bazarlarında avro ucuzlaşıb, investorlarsa yekun nəticələri gözləməkdədir.

İtaliya çoxdan mövcud problemlərini yoluna qoymamışdı, indi təzələri çıxacaq. Aylarla çəkəcək uzun və mürəkkəb danışıqlara hazır olun”, – İtaliya Xəzinədarlığının keçmiş baş iqtisadçısı Lorenzo Codogno deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG