Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 05:22

ABŞ Rusiyanı pisləyir


Şərqi Quta, arxiv fotosu

Birləşmiş Ştatlar Moskvanı Suriyada üsyançıların əlində olan şərqi Quta regionunda dinc vətəndaşların ölümündə “əlbirliy”ə görə sərt tənqid edib, Rusiya təyyarələrini BMT-nin elan etdiyi atəşkəsi pozaraq bombalama missiyaları gerçəkləşdirməkdə suçlayıb.

Bu, Moskvanın Suriyada yeddi illik vətəndaş müharibəsində prezident Bashar al-Assad hökumətin dəstəyinə görə ən sərt tənqidlərdən sayılır.

Birləşmiş Ştatlar Assad rejiminin Rusiya və İranın dəstəyilə şərqi Qutada dinc sakinlərə qarşı hərbi əməliyyatını pisləyir”, – Ağ ev martın 4-də bildirib.

Bəyanatda bildirilir ki, Rusiya hərbi təyyarələri Suriyadakı Humaymim aerodromundan qalxaraq fevralın 24-dən 28-dək Dəməşq yaxınlığı və şərqi Qutada azı 20 bombalama missiyası gerçəkləşdiriblər.

Martın 4-də ABŞ prezidenti Donald Trump və Britaniya baş naziri Theresa May telefon danışıqlarında belə bir ümumi fikir ifadə ediblər ki, Suriya hökuməti və onun Rusiyadan olan havadarları Qutada “ürəkparçalayan insan məşəqqətləri” üçün məsuliyyət daşıyır.

XS
SM
MD
LG