Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:22

Rusiyadakı Azərbaycan vətəndaşları ilə bağlı komissiya yaradıldı


İndi Rusiyada 12 milyona qədər miqrant var
İndi Rusiyada 12 milyona qədər miqrant var
Prezident İlham Əliyev Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında sərəncam imzalayıb. Onların problemlərinin öyrənilməsi və həlli ilə bağlı Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Komissiyaya Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının problemləri ilə bağlı bir ay müddətində tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Rusiya Federasiyası hökumətinin 15 noyabr 2006-cı il tarixli qərarına əsasən, 2007-ci il yanvarın 15-dən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyət qoyulur. Qərar müvafiq olaraq bu ölkədə ticarətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarına da şamil olunacaqdır. Azərbaycan Prezidentinin sərəncamında göstərilir ki, buna görə də Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının rastlaşacağı problemlərin həlli məqsədi ilə dövlət komissiyası yaratmaq qərara alınıb.


Sentyabr ayında casusluq ittihamı ilə Tbilisidə rus hərbçilərinin həbs edilməsindən sonra Rusiyada işləyən gürcüləri ölkədən çıxarılması prosesi başlandı. Bunun ardınca prezident Putin miqrasiya qaydalarının sərtləşdirilməsi barədə hökumətə tapşırıq verdi.


Rusiyanın Federal Miqrasiya Xidmətinin rəsmisi Vyaçeslav Postavnin «BBC»yə müsahibəsində deyib ki, Rusiya hökuməti ölkədəki başqa millətlərdən olan işçilərin sayını azaltmaq istəyir: «Bir ərazidə əmək miqrantlarının sayının yerli əhalinin sayının 17-20 faizini keçməsinə icazə verilməyəcək».


İndi Rusiyada 12 milyona qədər miqrant var. Qeyri-rəsmi məlumata görə, Rusiyada 2 milyon azərbaycanlı işləyir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG