Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 12:36

Azərbaycanda ilk dəfədir bədii qiraət müsabiqəsi keçirilir


Noyabrın 21-də Gəncədə ölkə üzrə bədii qiraət müsabiqəsi başlayıb. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Mina Məlikova deyir ki, Azərbaycanda ilk dəfədir keçirilən bu müsabiqənin əsas məqsədi nitq mədəniyyətini təbliğ etməkdir.

Müsabiqəyə yaşı 16-dan 30-dək olan 100-dən çox şəxs qatılıb. Üç turdan ibarət yarışmanın finalının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Müsabiqənin qalibi 500 manat mükafat alacaq.


XS
SM
MD
LG