Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 12:52

Böyük İsgəndərin heykəli Makedoniya aeroportundan götürülüb


Aeroportun adı sökülür

Makedoniya qədim yunan sərkərdəsi Böyük İsgəndərin heykəlini əsas aeroportundan götürüb. Bu, Yunanıstana daha bir xoşniyyətli jest sayılır. Belə ki, iki qonşu Makedoniya adı uğrunda 27 ildir, Yuqoslaviya parçalanandan davam edən mübahisəni çözməyə çalışırlar.

2 metrlik heykəl martın 1-də götürülüb. Onu 2011-ci ildə paytaxt Skopyedəki aeroportu işlədən Türkiyənin TAV şirkəti hədiyyə kimi qoymuşdu.

Ötən həftə hökumət aeroport üzərindən “Böyük İsgəndər” yazısını da götürüb. Ötən ay qərara alınıb ki, aeroport və ölkənin əsas magistral yolundan Makedoniyalı İsgəndərin adı götürüsün.

Aeroport Skopye Beynəlxalq Aeroportu, magistralsa Dostluq Magistralı adlandırılıb.

Skopye və Afina Makedoniyanın NATO və AB-yə qoşulma cəhdləri yolundakı əsas əngəli aradan qaldırmağa çalışırlar. Yunanıstan hər iki qurumun üzvüdür.

Yunanıstanın şimalında Makedoniya adlı region var. Afina bu adın Makedoniyanın ona ərazi iddialarını göstərdiyini bildirir.

Makedoniya adına “Yuxarı”, “Yeni”, “Şimali” sözlərini əlavə etməyə hazır olduğunu deyir.

XS
SM
MD
LG