Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:01

Kürdlərlə döyüşdə 8 türk əsgəri həlak olub


Afrin, arxiv fotosu

Martın 1-də Suriyanın şimal-qərbində kürd qüvvələrinə qarşı əməliyyat zamanı Türkiyə ağır itki verib, ordu 8 əsgərinin həlak olduğunu, 13-nün yaralandığını bildirib.

Ankara yanvarda əməliyyatlara başlayandan bu, ən çox itki verilən günlərdəndir. Türkiyə Suriyanın Afrin regionunda kürdlərin YPG qruplaşmasına qarşı əməliyyat aparır.

“Zeytun budağı” adlı əməliyyatda artıq 40 türk əsgəri həlak olub.

Türkiyənin Dogan xəbər agentliyinin yazmasına görə, günortadan sonra türk xüsusi qüvvələriylə YPG yaraqlıları arasında qızğın döyüş başlayıb.

Ankara YPG-ni PKK-ya bağlı “terror” qrupu sayır. PKK 1984-cü ildən Türkiyədə qanlı separatçı müharibə aparır.

Amma YPG-ni Birləşmiş Ştatlar dəstəkləyir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada İslam Dövləti (İŞİD) ekstremist qrupuna qarşı savaşır.

Türkiyə ABŞ-ın humanitar fasilə elan etmək çağırışını rədd edib. BMT Təhlükəsizlik Şurası 30 günlük atəşkəs tələb edirdi.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı Türkiyənin əməliyyatlarında 27 uşaq daxil olmaqla, 141 dinc sakinin öldüyünü bildirir, Ankara bunu təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG