Noyabrın 22-də prezident İlham Əliyev mədəniyyət sahəsində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşən mədəniyyət müəssisələrində çalışan işçilərin aylıq vəzifə (tarif) maaşları 2006-cı il dekabrın 1-dən orta hesabla 25 faiz artırılır.
Başqa bir sərəncamla isə dövlət büdcəsindən maliyyələşən sosial təminat müəssisələrində çalışan işçilərin də aylıq vəzifə (tarif) maaşları bu ilin dekabrın 1-dən orta hesabla 25 faiz artırılıb.