Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Dinc sakinlər Qutadan çıxmırlar


Wafideen məntəqəsi
Wafideen məntəqəsi

Rusya ordusu dünən – fevralın 28-də bildirib ki, Suriyanın şərqi Quta regionundan heç bir dinc sakin çıxa bilməyib və səbəb üsyançıların mərmi atəşidir. Xəbəri RIA agentliyi yayıb.

Rusiya üsyançıların əlində olan regiondan dinc sakinlərin çıxması, oraya yardım çatdırılması üçün hər gün beşsaatlıq fasilə elan edib.

“Frans Pres” agentliyi yazır ki, sakinlər Rusiyanın təklifinə reaksiya vermir, üsyançılar və Moskva isə bu çıxılmaz duruma görə bir-birini suçlayır.

AVTOBUSLARA MİNƏN YOXDUR

Kreml bombalama kampaniyasında fasilələr elan edəndən sonra toqquşmalar, hava zərbələri azalıb. 10 gün içində burada 600 dinc sakin həlak olmuşdu.

Di gəl, regionun 400 min sakinindən bircə nəfər də çərşənbə günü rejimin göndərdiyi avtobuslara minməyib.

Agentliyin əməkdaşları Wafideen nəzarət məntəqəsində heç bir hərəkət müşahidə etməyiblər. Sakinlərə şərqi Qutanı buradan tərk etmək tapşırılıb.

Buradan çıxmaq istəyən hər kəsə humanitar dəhliz açıqdır, amma indiyədək heç kim gəlməyib və artıq ikinci gündür”, – məntəqədəki bir zabit söyləyib.

Rusiya bazar ertəsindən humanitar fasilə elan edib. Ancaq BMT-nin Təhlükəsizlik Şurası 30 gün ərzində ölkədə tam atəşkəsin təmin olunmasına çağırmışdı. BMT yardımla dolu 40 yük maşınının zorakılıqların səngiməsini gözlədiyini bildirib.

Şərqi Quta sakini
Şərqi Quta sakini

Moskva və dəstəklədiyi Suriya rejimi 2016-cı ildə Hələb şəhərində də belə “humanitar fasilə” elan etmişdi və hədəfi üsyançıları şəhərdən çıxmağa məcbur etmək idi.

Atəşkəsə demək olar, əməl olunur”, – Suriya İnsan Haqları təşkilatının rəhbəri Rami Abdel Rahman deyib. O, çərşənbə günü beşsaatlıq fasilədən öncə və sonra 9 dinc sakinin öldürüldüyünü bildirib.

“NƏTİCƏ YOXSA...”

Suriya rejimi isə Qutadakı islamçıları və cihadçı qrupları təşəbbüsü sabotaj etməkdə, humanitar dəhlizləri bombalamaqda, dinc sakinlərdən canlı sipər kimi istifadədə suçlayıb.

Bu arada Wafideen məntəqəsindəki zabit xəbərdarlıq edib ki, martın 1-də də bir nəticə olmasa, bu addımdan əl çəkilə bilər. Bu da bombardmanın bərpa olunacağı qorxusunu yaradıb.

Atəşkəs üç günlüyə nəzərdə tutulmuşdu. Uzadıla bilərdi, amma nəticə yoxsa, niyə davam edilsin ki”, – o deyib.

Şərqi Qutada Frans Pres müxbirlərinin danışdığı sakinlərsə Rusiyanın tədbirinə inanmadıqlarını dilə gətiriblər.

Ərazidəki üç əsas silahlı qrup daha çox beynəlxalq təminat tələb edib.

Fevralın 27-də BMT-yə göndərdikləri məktubda onlar şərqi Qutadan cihadçı fraksiyaların çıxarılmasına tərəfdar olduqlarını deyiblər, ancaq istənilən evakuasiyanın BMT mexanizminə uyğun aparılmasını tələb ediblər.

XS
SM
MD
LG