Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:34

Taliban Ghani-nin təklifinə soyuq yanaşır


Ashraf Ghani Kabildə konfransda

Əfqanıstan Talibanı prezident Ashraf Ghani-nin təklifini soyuq qarşılayıb. Ghani bu qruplaşmaya siyasi baxımdan tanınma, həmçinin sülh planı təklif edib. Kabil prosesi çərçivəsində konfransa qatılmış 20-dən artıq ölkə də onun planını dəstəkləyib.

Ghani fevralın 28-də Kabildə keçirilən konfransda Talibana atəşkəs, məhbusların buraxılmasını, sanksiyaların qaldırılmasını və Talibanın qanuni siyasi qrup kimi tanınmasını təklif edib.

BMT-nin Əfqanıstandakı missiyası da Ghani-nin təklifini alqışlayıb.

Konfransa dəvət olunmayan Talibanın adı çəkilməyən rəsmisi “Reuters”ə deyib ki, Taliban liderləri təklifi öyrənirlər. Ancaq “dpa” fevralın 28-də axşam yazıb ki, Taliban vebsaytlarından birində təklifə soyuq yanaşıb. Bəyanatda deyilir ki, “xarici işğalçı qüvvələr” ölkədə qaldıqca danışıqların faydası yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG