Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:58

Xalçaçılıqla bağlı dövlət proqramı təsdiqləndi


İlham Əliyev xalça muzeyində. 02Dek2013

Prezident İlham Əliyev bu gün, fevralın 28-də “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməlidir. Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat verməlidir.

Habelə, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamın xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıdıği bildirilir.

Buna da bax: 'Azərbaycan xalçaları anbarlara yığılır'

Proqramda bir sıra məsələlər öz əksini tapıb.

Bura əl xalçası istehsalına vergi güzəştlərinin tətbiq edilməsi, xammal təminatının və peşə təhsilinin dəstəklənməsi daxildir.

Habelə, ixrac bazarlarının araşdırılması, xarici bazarlarda reklam, təşviqat fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və istehsalçılara müxtəlif texniki dəstək verilməsi də nəzərdə tutulur.

Dövlət Proqramında yazılır ki, “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması olduqca əhəmiyyətlidir.

Xatırlatma

Prezident İlham Əliyev 2016-cı il mayın 5-də «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bu cəmiyyətə xalça istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışını təşkil etmək vəzifəsi tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG