Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:16

USAID: 'ABŞ Azərbaycanla işləməyə sadiqdir'


USAID

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman Azərbaycanda səfərdədir.

Bu haqda USAID-nin məlumatında bildirilir.

Məlumata görə, səfər fevralın 25-də başlayıb. O, vergilər naziri Mikayıl Cabbarov, Birinci vitse- prezidentin köməkçisi Elçin Əmirbəyov, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlığın müzakirə edildiyi bildirilir.

Bundan əlavə, o, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşərək onların fəaliyyətlərini öyrənib.

«Bizim məqsədimiz ölkələrlə birgə işləyərək onların inkişafına dəstək olmaqdır. Azərbaycanın daha təhlükəsiz, demokratik və firavan gələcəyinin qurulmasından ötrü ABŞ-ın çalışmağa sadiq olduğunu vurğulamaq üçün buradayam. Azərbaycanın inkişafına daha səmərəli töhfə verə bilməyimiz üçün hökumətin daha çox dəstəyinə ümid edirik», - B.Birman qeyd edib.

Məlumatda əlavə edilir ki, fevralın 28-də B.Birman Xaçmaz rayonuna səfər edib. O, yerli icma üzvləri ilə görüşüb.

Səfərin fevralın 28-da başa çatacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG