Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:45

ABŞ Rusiyanın müdaxilə cəhdlərinə “zəif reaksiya verib”


Mike Rogers

ABŞ prezidenti Donald Trump kəşfiyyat agentliklərinə Rusiyanın müdaxilə və dezinformasiya kampaniyalarına cavab vermək səlahiyyəti verməyib. Sonucdakı zəif reaksiya Moskvanı çəkindirməyib. ABŞ kəşfiyyat rəsmisi belə bir ifadəylə çıxış edib.

Admiral Mike Rogers ABŞ Kiber Komandanlığının və Milli Təhlükəsizlik Agentliyinin rəhbəridir. O, fevralın 27-də Konqresdə deyib ki, təhlükəyə cavab verməkdən ötrü addımlar atıb, amma nə Trump, nə də müdafiə naziri James Mattis ona Rusiyanın Birləşmiş Ştatlara narazılıq səpmək cəhdlərini önləmək səlahiyyəti verib.

PUTİN DÜŞÜNÜR Kİ, ELƏ DƏ BÖYÜK BƏDƏL ÖDƏMİR

Səlahiyyətim xaricində əlavə addımlar atmaqdan ötrü mənə spesifik təlimat verilməyib. Səlahiyyətim çərçivəsində addımlar atmışam, bilirsiz, yaxşı, qabaqlayıcı tədbir görən komandir olmuşam. Mənə əlavə səlahiyyət verilməyib”, – Rogers Senatın silahlı xidmətlər komitəsində keçirilən dinləmədə deyib.

Rogers-in deməsinə görə, daha aqressiv reaksiyanın gərəkdiyini düşünür, amma prezidentə nə etmək lazım olduğunu da demək istəmir.

Keçmiş prezident Barack Obama (ortada), senatorlar Jack Reed (solda) və Chuck Hagel, arxiv fotosu
Keçmiş prezident Barack Obama (ortada), senatorlar Jack Reed (solda) və Chuck Hagel, arxiv fotosu

İnanıram ki, Rusiya prezidenti Vladimir Putin belə bir qənaətə gəlib ki, ödənəcək bədəl kiçikdir və ‘bu işi davam etdirə bilərəm’”, – Rogers söyləyib.

Ağ evin mətbuat katibi Sarah Sanders-in deməsinə görə, Trump Rusiyanın müdaxiləsini önləməyin yollarını nəzərdən keçirir və üzümüzə gələn həftələr daha çox addım atıla bilər.

“OTURUB GÖZLƏYİRİK”

Rogers-in bəyanatlarından iki həftə öncə ABŞ kəşfiyyat rəhbərləri ifadələrində Rusiyanın bu ilin noyabrında keçiriləcək seçkidən öncə aparılan kampaniyalara fəal müdaxilə etdiyini bildirir.

Rogers vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın qarşısını kəsməyincə, 2016-cı ildə baş vermiş müdaxilənin davam edəcəyini gözləyir. 2016-cı il prezident seçkisi zamanı Rusiyanın sosial mediada dezinformasiya kampaniyası yaydığı, daxili partiya sənədlərini oğurlayaraq yaydığı bildirilir.

Kəşfiyyat rəsmisinin dedikləri senat komitəsindəki demokratlarda narahatlıq yaradıb.

Onların seçkimizə müdaxilə etdiyini, dezinformasiya yaydığını... müşahidə edirik, ancaq sadəcə, oturub gözləyirik”, – komitənin aparıcı demokrat üzvü Jack Reed deyib.

Rogers Birləşmiş Ştatların, sadəcə, oturub gözləməsi fikriylə tam razılaşmadığını söyləyib, ancaq onu da əlavə edib ki, Rusiyadan “gördüyümüz bəzi davranışlarla məşğul olmamışıq demək daha ədalətli olardı”.

XS
SM
MD
LG