Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:41

BMT: Pxenyan Suriyanın kimyəvi silah zavodlarına avadanlıq göndərir


Suriyada mühasirədə olan şərqi Quta

Şimali Koreya Suriyaya raket mütəxəssisləri və kimyəvi silahların istehsalında istifadə oluna biləcək avadanlıq göndərir. Bu haqda ABŞ mediası yazır.

Fevralın 27-də yayılan məlumatlara görə, BMT ekspertləri 2012-2017-ci illərdə Suriyaya 40 belə göndəriş edildiyini, bu haqda açıqlama verilmədiyini aşkarlayıb.

Suriyaya qanunsuz göndərilmiş materiallar arasında turşuya davamlı kirəmitlər, termometrlər olduğu bildirilir.

BMT-nin hələ açıqlanmamış hesabatında Şimali Koreyanın BMT qətnamələrinə necə əməl etdiyi dəyərləndirilir.

Dəməşqdən BMT ekspertlərinə deyilib ki, hazırda Şimali Koreyadan Suriyada idman məşqçiləri və atletlər var.

Hesabat haqda söz-söhbət Suriya qüvvələrinin dinc sakinlərə qarşı xlor qazından istifadə etməsi haqda yeni məlumatların yayıldığı bir dönəmə təsadüf edir.

Ekspertlərin qənaətincə, nüvə və raket proqramına görə beynəlxalq sanksiyalar altında olan Şimali Koreya dünyanın fərqli ölkələrinə hərbi avadanlıq və silah nou-hausunu nağd pul əvəzində uzun müddətdir təklif edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG