Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 00:20

E.Məmmədyarov Cenevrədə görüşlər keçirib


Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) bu gün – fevralın 28-də məlumat yayıb.

Görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov 2014-cü ilin iyul ayında doğulduqları Kəlbəcər rayonunda (hazırda Ermənistanın işğalı altındadır-AR) girov götürülən Şahbaz Quliyev Dilqəm Əsgərovun azad edilməsinin vacibliyindən danışıb. Nazir deyib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirib, Suriyadan olan erməniləri həmin ərazilərdə yerləşdirib.

Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

Cenevrə səfəri çərçivəsində E. Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə də görüşüb.

Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkün problemlərindən söz açıb.

Habelə o, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə ətraflı məlumat verib. Nazir əlavə edib ki, hər iki ölkədə bu ilin yazında keçiriləcək prezident seçkilərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli üzrə substantiv və nəticə yönümlü danışıqlar davam etdiriləcək. Nazirstatus-kvonun dəyişdirilməsindən ötrü Ermənistan qoşunlarınınişğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə Azərbaycanla BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Fevralın 26-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyası başlayıb. Nazir Elmar Məmmədyarov da bu sessiyada iştirak edir.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan arasında münaqişə var. 1994-cü ildə tərəflər arasında imzalanan atəşkəs müqaviləsinə qədər Ermənistan silahlı bölmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitşik 7 rayonu işğal edib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcər rayonuna getdikdən sonra girov götürülüblər. Dağlıq Qarabağdakı separatçı rejim Dilqəm Əsgərov və Şahbaz Quliyevi mühakimə edib.Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə həbs cəzası verilib.

Onlar “qanunsuz silah gəzdirmə” və başqa ağır cinayətlərdə ittiham edilib. Ancaq Azərbaycanda onların Kəlbəcər rayonuna doğmalarının məzarını ziyarət etməkdən ötrü getdikləri bildirilir.

Azərbaycan rəsmiləri həmin məhkəməni “qanunsuz məzhəkə” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG