Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 08:48

Makedoniyalılar ad dəyişikliyinə qarşı çıxırlar


Skopyedə etiraz, arxiv fotosu

Fevralın 27-də bir neçə min makedoniyalı paytaxt Skopyedə küçələrə çıxaraq ölkənin adında mümkün dəyişikliyə etiraz ediblər. Yunanıstan uzun müddətdir davam edən mübahisənin həllindən ötrü Makedoniyanın adının dəyişdirilməsini tələb edir.

Şaxtalı havaya, qar yağmasına baxmayaraq, etirazçılar Makedoniyanın bayrağı rəngində çətirlər götürüb, “Makedoniya, çox yaşa!”, “Makedoniyalılar!” şüarları səsləndiriblər. Onlar Yunanıstanla danışıqların dayandırılmasını tələb ediblər.

Keçmiş Yuqoslaviya respublikası olan Makedoniya qonşu Yunanıstanla ad mübahisəsini həll etməyə çalışır. Yunanıstanın şimalında Makedoniya adlı region var. Afina bu adın Makedoniyanın ona ərazi iddialarını göstərdiyini bildirir.

Etirazı Ümumdünya Makedoniya Konqresi və ölkənin bir neçə assosiasiyası təşkil edib. Onlar hökuməti ölkənin maraqlarına xəyanətdə suçlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG