Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 22:47

Rusiyalı həmsədr yeni təkliflərlə gəldiklərini deyir


ABŞ-dan olan həmsədr Mətyu Brayza bu səfərdə həmkarları ilə bir yerdə deyil
Noyabrın 22-si səhər ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye və rusiyalı həmsədr Yuri Merzlyakov Bakıya gəlib. ABŞ-dan olan həmsədr Mətyu Brayza isə bu səfərdə həmkarları ilə bir yerdə deyil.

Rusiyalı həmsədr deyib ki, onlar regiona yeni təkliflərlə gəliblər. Həmsədrlər Xarici İşlər naziri Elmar Məmmədyarov və Prezident İlham Əliyevlə görüşüblər. Danışıqların nəticələri barədə məlumat verilmir.


Prezident Aparatı Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov isə bildirir ki, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə görüşüb-görüşməməsi də bu səfərin nəticələrindən asılıdır: «Müzakirə üçün əsas olacaqsa, Azərbaycan prezidenti görüşə razılıq verəcək».


Azərbaycan Xarici İşlər Nazirliyindən isə bu səfər ərəfəsində bildirmişdilər ki, noyabrın 28-i MDB dövlət başçılarının Minskdə keçiriləcək sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.


ATƏT-in Minsk Qrupunun həmsədrləri sonuncu dəfə oktyabrın əvvəllərində regiona səfər etmişdilər.


XS
SM
MD
LG