Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:43

Rusiyada yanğınlarda azı 15 nəfər həlak olub


Arxiv fotosu

Son 24 saat ərzində Rusiyada yaşayış binaları və evlərdə baş vermiş yanğınlarda azı 15 nəfər həlak olub. Bu haqda yerli agentliklər yazıb.

Uralda Çusovoy şəhərində fevralın 27-də 3-ü uşaq olmaqla, 6 nəfərin bir mənzildə yanğında öldüyü xəbər verilir. İlkin təhqiqata görə, yanğına gecə işlək vəziyyətdə saxlanmış elektrik sobasının səbəb olma ehtimalı var.

Krasnodar şəhərində bir kişi və iki uşaq ötən gecə yanğında həlak olub. Fövqəladə xidmət rəsmiləri Paşkovski kəndindəki yanğını 2 saata söndürdüklərini bildirir. Hadisənin səbəbi araşdırılır.

Sibirdə Tomsk şəhərində isə makulatura deposunda böyük yanğın baş verib, itki olmayıb, amma yanğının söndürülməsi bir neçə saat çəkib.

Volqoqradda yaşayış binasında yanğında 3 nəfər, Yakutskda isə 3 nəfər həlak olub.

Ötən həftəsonu Sverdlovsk regionundakı yanğında 3 uşaq, Çelyabinskdə isə dörd nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG