Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Qutada “humanitar fasilə” qüvvəyə minib


Quta, arxiv fotosu

Suriyanın paytaxtı Dəməşq yaxınlığında üsyançıların əlində olan şərqi Quta regionunda Rusiyanın elan etdiyi beşsaatlıq fasilə qüvvəyə minib.

Məqsəd mühasirədə olan ərazidən dinc sakinlərin çıxması üçün “humanitar dəhliz” yaratmaqdır. Şərqi Qutada 393 min dinc sakinin yaşadığı bildirilir.

Rusiyanın Müdafiə Nazirliyi bu tədbirlərin Suriya qüvvələri ilə razılaşdırıldığını, dinc sakinlərin, yaralı və xəstələrin evakuasiyasına yardım göstəriləcəyini qeyd edib.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı gecəyarısından Qutada nisbətən sakitlik hökm sürdüyünü bildirib.

Frans Pres agentliyinin müxbiri ötən gecə regionda ara-sıra atəş səslərinin eşidildiyini xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG