Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:27

AB Cənubi Osetiyadakı olayları 'dərin narahatlıq mənbəyi' sayır


Archil Tatunashvili

Avropa Birliyi Gürcüstanın Cənubi Osetiya regionundan bir gürcü kişinin ölümünü, ikisinin isə saxlanmasını «dərin narahatlıq mənbəyi» adlandırıb.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocijancic fevralın 25-də yaydığı bəyanatda bildirib ki, AB Archil Tatunashvili-nin ölümünün araşdırılmasına dəstək verməyə hazırdır.

Rusiyanın dəstəklədiyi separatçı regiondakı hakimiyyət 35-yaşlı Tatunashvili-nin fevralın 22-də həbsdə ürək tutmasından vəfat etdiyini bildirir. Rəsmi məlumata görə, hadisə həmin şəxsin dindirilmədən sonra təcridxanaya aparılarkən polis əməkdaşlarına hücumundan sonra baş verib.

Gürcüstan hakimiyyəti və Tatunashvili-nin qohumları onun cəsədinin autopsiya üçün Tbilisiyə verilməsini tələb edirlər.

Separatçı hakimiyyət Tatunashvili-nin Cənubi Osetiyada terror hücumları planlaşdırmaqda şübhəli sıyıldığını bildirir.

Digər iki gürcü – Levan Kutashvili Ioseb Pavliashvili Tatunashvili ilə birlikdə saxlanıblar, amma sonradan buraxılıblar.

Kocijancic bəyanatında Cənubi Osetiyadakı hakimiyyəti həmin şəxslərin Tbilisinin nəzarətində olan əraziyə keçməsinə icazə verməyə çağırıb.

Cənubi Osetiya və Abxaziya Gürcüstandan ayrıldıqlarını elan ediblər.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstanda qısa müharibədən sonra hər iki regionu müstəqil dövlət kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG