Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57

BOK: Xokkeyçilərin Rusiya himnini oxumasını “...anlayırıq”


Rusiyalı xokkeyçilər himn oxuyarkən

Rusiya xokkeyçilərinin Cənubi Koreyada Qış Olimpiya oyunlarında dövlət himnlərini oxumaları ölkənin dopinq qalmaqalından sonra oyunlara buraxılmasına təsir göstərməyəcək. Bunu Beynəlxalq Olimpiya Komitəsi (BOK) bildirir.

Rusiyanın kişilərdən ibarət komandası fevralın 25-də Almaniyanı məğlub edəndən sonra təltif mərasimində BOK-un qoyduğu qaydanı pozaraq ölkələrinin himnini oxuyublar.

“Bunun fövqəladə vəziyyətdə qızıl medal qazanan atletlərin həyəcanı nəticəsində baş verdiyini anlayırıq”, – BOK AP xəbər agentliyinə yazılı bəyanatda bildirib.

Bu Rusiyadan Olimpiya Atletlərinin (OAR) Pxençxan oyunlarında qazandığı ikinci medal olub. Oyunlar fevralın 25-də bitib.

2014-cü il Soçi olimpiadasında Rusiya tərəfin dopinq qaydalarını dövlətin himayəsilə pozmasına dair hesabatdan sonra BOK yalnız 168 rusiyalı atleti oyunlara dəvət etdi.

Rusiyalılar qızıl qazananda isə Olimpiya himni çalınıb.

İki rusiyalı atlet Pxençxan olimpiadasında dopinq testindən keçə bilməyib, onların qadağan olunmuş maddə qəbul etdiyi aşkarlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG