Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 06:57

Cənubi Koreya danışıqların “konstruktiv” keçəcəyinə ümid edir


Prezident Moon Jae-In, həyat yoldaşı Kim Jung-sook və ABŞ prezidenti Donald Trump-ın qızı Ivanka Trump

Cənubi Koreya Pxenyanla ABŞ arasında danışıqların “konstruktiv” keçəcəyinə ümid edir. Bir gün öncə prezident Moon Jae-in bildirib ki, Şimali Koreya Vaşinqtonla müzakirələrə açıqlığını dilə gətirib.

Ümid edirik, Şimali Koreyayla Birləşmiş Ştatlar arasında konstruktiv danışıqlar başlanacaq”, – Cənubi Koreyanın birləşmə naziri Baik Tae-hyun fevralın 26-da bildirib.

Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya oyunlarının bağlanış mərasimindən öncə Moon general Kim Yong Chol-un rəhbərlik etdiyi Şimali Koreya nümayəndə heyətiylə görüşüb.

Kim həmin görüşdə Pxenyanın ABŞ-la dialoq niyyətini açıqlayıb.

Ağ ev fevralın 25-də deyib ki, bu niyyətin Şimali Koreyanın silahlardan əl çəkməsinin əlaməti olub-olmadığını izləyəcək. Prezident Donald Trump və digər ölkə liderləri dialoqun nəticəsi kimi məhz silahların tərk edilməsində israrlıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG