Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 12:00

Üç ölkənin deputatları bir araya gələcək


Səməd Seyidov

Milli Məclisin deputatları fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Cavanşir Feyziyev daxildir.

Mətbuat Xidmətinin məlumatında vurğulanır ki, onlar Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcəklər.

“Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair Protokol imzalanacaq”, məlumatda bildirilir.

Səfər çərçivəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan, baş nazir Binali Yıldırım, Böyük Millət Məclisinin sədri İsmail Kahraman və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG