Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 11:10

Bu gün, fevralın 23-də Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Mərkəzi Klinik Xəstəxanaya getdiyi bildirilir.

Bu barədə partiyanın mətbuat xidmətinin məlumatında da bəhs edilir.

Məlumata görə, İ.Qəmbər özünü yaxşı hiss edir. Onun xəstəxanaya müayinəsini davam etdirmək məqsədi ilə getdiyi qeyd edilir.

«Mərkəzi Klinik Xəstəxananın həkimləri İsa Qəmbərin bir neçə gün burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər», -partiya bildirir.

Yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranmışdı. Onu həmin gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirmişdilər. Müayinələrdən sonra İ.Qəmbərin ürəyinə stent qoyulmuşdu.

Milli Strateji Düşüncə Mərkəzinin sədri yanvarın 18-də müalicə olunduğu xəstəxanadan evə buraxılmışdı.

Xatırlatma

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. O, 1990-1995-ci illərdə deputat, 1992-1993-cü illərdə isə Milli Məclisin sədri olub.

İ.Qəmbər 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi hakimiyyət devriləndən sonra İ.Qəmbər bir neçə ay həbsdə də olub.

İ.Qəmbər Müsavat Partiyasının bu il keçiriləcək prezident seçkisində namizədi idi. Oktyabrda keçirilməli olan seçki prezidentin istəyi ilə bu il aprelin 11-nə təyin edildi. Bunun ardınca da Müsavat Partiyası, bəzi müxalif qüvvələr kimi, azad və ədalətli seçkilərdən ötrü imkanın olmadığını bildirərək boykot qərarı verdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG