Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

TAPI-nin əfqan hissəsinin təməli qoyulub


Mohammad Ashraf Ghani açılış mərasimində

Fevralın 23-də bir neçə milyardlıq kəmərin Əfqanıstanın hissəsinin təməli qoyulub. Mərasimdə Əfqanıstan, Türkmənistan, Pakistan və Hindistan rəsmiləri iştirak ediblər.

Əfqanıstan və Türkmənistan prezidentləri Ashraf GhaniGurbanguly Berdymukhammedov, Pakistanın baş naziri Shahid Khaqan Abbasi və Hindistanın Xarici İşlər üzrə Dövlət naziri M.J. Akbar Əfqanıstanın qərbindəki Herat şəhərində keçirilən mərasimə qatılıblar. Onlar TAPI – Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan təbii qaz kəmərinin bir hissəsinin təməlini qoyublar.

Berdymukhamedov jurnalistlərə deyib ki, dünyanın ikinci böyük qaz yatağı olan Qalkınış TAPI kəmərini təmin edəcək.

Dünyanın dördüncü böyük təbii qaz yataqları Türkmənistanda yerləşir. Son bir neçə ildə Rusiya qaz idxalını azaltdığından Aşqabad Çinə qaz ixracından asılı duruma düşüb.

1800 kilometrlik bu kəmər hər il Türkmənistandan 33 milyard kub metr qaz daşıyacaq Layihənin ümumi dəyəri 10 milyard dollardır.

Ancaq kəmərlə bağlı təhlükəsizlik problemləri qalmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG