Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:53

Stalin komediyasını göstərən kinoteatr cərimələnib


Filmin nümayişi

Moskvada bir kinoteatr “Stalinin ölümü” satirik filmini göstərdiyinə görə 100 min rubl (1750 dollar) cərimələnib.

Rusiyanın Mədəniyyət Nazirliyi ötən ay Britaniya istehsalı olan bu komediyanın kinoteatrlarda göstərilməsini yasaqlayıb.

Amma xarici filmlər üzrə ixtisaslaşmış “Pioner” kinoteatrı qadağayla bağlı rəsmi bildiriş almamışdan öncə filmi göstərib, polis reydindən sonra yayımı dayandırıb.

Fevralın 22-də Moskvada məhkəmə belə bir qərar çıxarıb ki, kinoteatrın sahibi olan Chentromobile-Pioner şirkəti rəsmi qadağanın ziddinə gedərək filmi nümayiş etdirib.

Kinoteatr təmsilçiləri filmi rəsmi bildirişdən öncə yayımladıqlarını bildiriblər.

Rusiyanın mühafizəkar xadimləri filmdə Rusiya tarixinin ələ salındığını bildirir.

XS
SM
MD
LG