Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 20:57

Qaçqınları bıçaqlayan saxlanıb


Almaniyada qaçqın düşərgəsində uşaq

Almaniya polisi 70 yaşlı rus mənşəli Almaniya vətəndaşını saxlayıb. O, üç miqranta bıçaqla hücum edəndən sonra “siyasi motivli” qətlə cəhdi ittihamıyla saxlanıb.

Qanlı hücum fevralın 17-də Heylbron şəhərində kilsədən kənarda törədilib. 17 yaşlı əfqan ağır yaralanıb, 25 yaşlı iraqlı və 19 yaşlı suriyalı da xəsarət alıb. Məlumatı polis fevralın 22-də yayıb.

Polis gələnəcən yoldan keçənlər sərxoş vəziyyətdə olan şübhəlinin qarşısını ala biliblər.

O, öncə hücumda şübhəli bilinib, fevralın 21-də buraxılıb. Amma prokurorlar daha sonra ona “siyasi motivli” qətlə cəhd ittihamı irəli sürərək həbsinə order çıxarıblar.

Polisin məlumatına görə, şübhəli Almaniyanın miqrant siyasətinə qəzəbini bildirib. Bu siyasət nəticəsində son illər ölkəyə bir milyondan çox qaçqın və miqrant gəlib.

XS
SM
MD
LG