Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:48

Əfqanıstanda azı 10 nəfər öldürülüb


Arxiv fotosu

Əfqanıstanın cənubundakı Qəzni və Zabul vilayətlərində iki ayrı-ayrı insidentlərdə azı 10 nəfər öldürülüb. Bu haqda rəsmilər fevralın 22-də açıqlama verib.

“Təəssüf ki, səkkiz polis əməkdaşı öldürülüb, bir nəfər yaralanıb”, – yerli valinin sözçüsü Arif Nooru deyib. Səbəb fevralın 22-də səhər Qəzni vilayətində taliban yaraqlılarının polis nəzarət məntəqəsinə hücumudur.

Təhlükəsizlik qüvvələri yaraqlıların da itki verdiyini bildirir, amma dəqiq rəqəm açıqlamayıb.

Talibanın sözçüsü Zabihullah Mujahid Twitter-də hücuma görə məsuliyyəti götürdüklərin yazıb. O, yaraqlıların bir polis əməkdaşını saxladığını, 9-nu öldürdüyünü bəyan edib.

Zabul vilayətində isə yol kənarına qoyulmuş bombadan iki dinc sakin həlak olub, iki nəfər yaralanıb.

Fevralın 20-də talibançılar Fərəh və Helmand vilayətlərində təhlükəsizlik məntəqələrinə hücum etmişdilər, azı 26 polis əməkdaşı öldürülüm, bir neçə nəfər yaralanmışdı.

XS
SM
MD
LG