Noyabrın 21-də Milanda İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin məhkəməsi başlayıb. O, vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə üzləşib. Bir neçə ay çəkəcəyi gözlənən məhkəmə prosesi bazar ertəsinə qədər təxirə salınıb. Əgər Berluskoni günahkar sayılarsa 6 ilə qədər həbs cəzası ala bilər.