Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

XƏBƏRLƏR


«Əli və Nino» romanının müəllifi barədə film çəkiləcək


Bu barədə məlumat Bakıdakı 43 saylı məktəb-litseydə keçirilən «Əsəd bəy qiraətləri» adlı tədbirdə dilə gətirilib. Çəkilməsi planlaşdırılan sənədli filmdə Qərbdə şöhrət qazanmış yazıçının Almaniya, İsveçrə və İtaliyada keçirdiyi mühacir həyatından söz açılacaq. Tədbirə qatılanlar mühacir-yazıçı Məhəmməd Əsəd bəyin əsərlərini doğma vətənində - Azərbaycanda da yaymaq zərurətini ayrıca vurğulayıblar. «Əli və Nino» romanı da daxil, onun qələminə azı 20 əsər, o sıradan «Məhəmməd. Sonuncu peyğəmbər», «Qafqazda 20 sirr», «Stalin. Fanatikin karyerası», «Mussolini» və başqa kitablar məxsusdur.



Milli Truppa Bakı Dövlət Sirkinə qayıdacaq


Sirkin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, milli kollektivin bərpası yönündə cəhdlər öz nəticəsini verib və artıq ilkin əməkdaşlıq müqavilələri imzalanıb. Qayıdanlar arasında bir çox ünlü sirk ustasının, o sıradan hazırda ABŞ-da yaşayan xalq artisti Tofiq Axundovun da adı çəkilir. O, milli truppanın Novruz bayramı ərəfəsində göstəriləcək ilk proqramına qatılacaq və begemotlardan ibarət atraksionu diqqətə yetirəcək.


XS
SM
MD
LG