Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 16:18

AB Rusiya rəsmilərinə və separatçılara sanksiyaları yeniləyir


Luqanskda rusiyapərəst separatçı həyat yoldaşı ilə

Avropa Birliyi səfirləri Rusiyanın 150 rəsmisi və moskvapərəst Ukrayna separatçılarına sanksiyaları daha altı aylığa uzadıb. Söhbət hesabların dondurulması və viza qadağalarından gedir. AB diplomatlarının AzadlıqRadiosu-na deməsinə görə, sanksiya siyahısında 38 qurumun da adı var.

Danışmaq səlahiyyəti olmadığından anonimlik şərtilə açıqlama verən diplomatlara görə, tədbir rəsmən bir neçə günə elan olunacaq.

AB sanksiyaları ilk dəfə Ukraynanın ərazi bütövlüyünün pozulmasına cavabdeh şəxslərə qoyub. Qeyd edək ki, 2014-c ilin martına Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib.

AB diplomatlarına görə, Rusiyanın ABŞ-da yeni səfiri Anatoly Antonov-un adı da siyahıdadır.

Birliyin sanksiyaları altında olan digər rəsmilər baş nazirin müavini Dmitry Rogozin, silahlı qüvvələrin baş qərargah rəisi Valery Gerasimov, televiziya aparıcısı Dmitry Kiselyov-dur.

Günün bütün mövzuları

XS
SM
MD
LG