Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 19:30

Dağlıq ərazilərdə qar gözlənir


Qar

Fevralın 22-də Bakı və Abşeron yarımadasında havanın arabir çiskinli olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-5, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Fevralın 22-də Azərbaycanın bəzi rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG