Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:17

Dövlət başçısı İrandan gələn naziri qəbul edib


Əmir Hatəmi

Prezident İlham Əliyev fevralın 21-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə İran arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib.

Ə.Hatəmi isə deyib ki, ölkəsi Azərbaycana böyük önəm verir.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Ə.Hatəminin başçılıq etdiyi nümayəndə heyəti bu gün, fevralın 21-də Azərbaycana gəlib. Onun Azərbaycan müdafiə naziri Zakir Həsənovla da görüşü gözlənir.

Səfərin fevralın 22-dək davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG