Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 12:47

Təqaüdlərin artımında ümumi məbləğ açıqlanıb


İ.Əliyev

Prezident İlham Əliyevin fevralın 20-də bəzi təqaüdlərin artırılması ilə bağlı sərəncamlarının təsir dairəsi açıqlanıb. Dövlət başçısının sərəncamları ilə Azərbaycanda milli qəhrəmanlara, 1941-1945-ci illər müharibəsində iştirak edən bəzi şəxslərə, Əfqanıstanda döyüşlərdə həlak olan hərbi qulluqçuların ailələrinə və bir qisim əlillərə verilən təqaüdlərin məbləği artırılmışdı.

Nazirlikdən bildiriblər ki, artırılan təqaüdlərə əlavələri ödəyə bilməkdən ötrü bütünlükdə büdcədən bu ilin sonuna kimi 1 milyon 600 min manat vəsait ayrılacaq. Sərəncamlar ümumilikdə 23.1 min nəfərə şamil olunacaq.

Xatırlatma

Fevralın 19-da isə 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün məbləğdə artırılmışdı. Sərəncama əsasən, qeyd olunan kateqoriyadan olan şəxslərə verilən prezident təqaüdünə 10 faiz əlavə edilib. Bu artımlar da martın 1-dən qüvvəyə minəcək. Qeyd olunan bu üç sərəncam isə ümumilikdə 33.6 min nəfəri əhatə edəcək . Həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsindən ötrü dövlət büdcəsindən ilin sonunadək 6 milyon manata yaxın əlavə vəsait ayrılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG