Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:30

Əfqanıstanda 20 dinc sakinin öldürülməsinin araşdırılması tələb olunur


Əfqanıstan, arxiv fotosu

Human Rights Watch (HRW) insan haqları qrupu Kabildə xüsusi qüvvələrin qətllər törətməsi iddialarının Əfqanıstan hökuməti və ABŞ ordusu tərəfindən birgə araşdırılmasını tələb edir. Qurum bu barədə fevralın 21-də məlumat yayıb.

Bəyanatda deyilir ki, Milli Təhlükəsizlik Direktorluğunun üzvləri ötən ay Qəndəhar vilayətinin cənubunda keçirilən əməliyyatda 20 dinc sakini qətlə yetirib.

Qurumun bəyanatına görə, təhlükəsizlik əməkdaşları ABŞ hava zərbələrindən qaçan dinc sakinləri güllələyərək öldürüb. Zərbələr Mayvand vilayətinin Band-e Timor və Pancvay vilayətinin Reg ərazisindəki yaraqlıları hədəfə alıbmış.

HRW-ya telefonla danışan şahidin sözlərinə görə, təhlükəsizlik qüvvələri zərbələrdən qaçan dinc sakinləri güllələyib.

Qurumun iddiasına görə, təhlükəsizlik qüvvələri “bəzi adamları evlərindən çıxararaq güllələyib”.

Bəyanatda 50 talibançının da öldürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG